Bakı. 5 mart. REPORT.AZ/ Çexiyanın cənubunda sərnişin və yük qatarı toqquşub.
“Report” xəbər verir ki, bu barədə məlumat Çexiya Dəmir Yollarının saytına yerləşdirilib.
Hadisə Ronov-nad-Doubravou şəhəri yaxınlığında qeydə alınıb.
"iRozhlas" nəşrinin məlumatına görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Sərnişinlərin daşınması üçün əraziyə ehtiyat avtobus cəlb olunub.