Çexiyada tramvayla trolleybus toqquşub, 40 nəfər yaralanıb

Çexiyanın cənub-şərqində yerləşən Brno şəhərində tramvayla trolleybusun toqquşması nəticəsində 40 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Milli xilasetmə və yanacaq xidməti yayıb.

Bildirilib ki, yaralıların 5-i reanimasiyaya yerləşdirilib.

Qəzanın səbəbi araşdırılır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10