Bakı. 22 mart. REPORT.AZ/ Çexiyada kimyəvi maddələr istehsal edən zavodda partlayış olub.
"Report" "NTV"yə istinadən xəbər verir ki, paytaxt Praqanın şimalında yerləşən müəsissədə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Yaralananın sayı açıqlanmayıb.
Məlumata görə, partlayış boş yanacaq tankerinin təmizlənməsi zamanı baş verib.