Cənubi Sudan üsyançılarla sülh razılaşması imzalayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Cənubi Sudan hökuməti üsyançılarla sülh sazişi imzalayıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, imzalanma mərasimi Sudanın paytaxtı Xartumda baş tutub.

Mərasimdə vəzifəsinə bərpa ediləcək üsyançıların lideri, üsyançı birinci vitse-prezident Riek Maçar da iştirak edib.

Xatırladaq ki, Cənubi Sudanda vətəndaş müharibəsi gedir. Ölkədə iki böyük tayfa - dinka (ölkə əhalisinin təxminən 35%-i) və nuer (təxminən 16%) arasında münaqişə davam edir.

2013-cü ilin iyul ayında R.Maçar prezidentlik ambisiyalarını elan etdikdən sonra vəzifədən uzaqlaşdırılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10