Cənubi Koreyanın qırıcı təyyarəsi dənizə düşüb

Bakı. 27 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinə məxsus “KF-16” qırıcı təyyarəsi Sarı dənizin üzərində qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, təyyarə bazadan havaya qalxdıqdan 3 dəqiqə sonra dənizə düşüb.

Hər iki pilot katapult edib və sağ qalıb. 

 Qəzanın səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdıma aparılır.

Digər xəbərlər