Cənubi Koreyada səhvən havaya raket buraxılıb

Cənubi Koreya Hərbi Hava Qüvvələri “Cheongung” tipli hava müdafiə raketini səhvən buraxdıqlarını açıqlayıb.

“Report” “The Standard”a istinadən xəbər verir ki, orta mənzilli “yer-hava” sinfinə aid raketin Seuldan 85 kilometr şimal-şərqdəki Şunçeon hərbi hava bazasından cari baxış işləri əsnasında təsadüfən buraxılması nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

Havaya qalxandan sonra raket avtomatik olaraq partladılıb.

Hadisəyə dair araşdırmalar aparılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10