Cənubi Koreyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 8 nəfər artaraq 10 702-yə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.
Qeyd olunub ki, koronavirusa yoluxan 240 nəfər həyatını itirib, 134 xəstə müalicə alaraq sağalıb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib.