Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

Cənubi Koreyada daha 115 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” “The Korea Herald”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 261-ə çatıb.

Məlumata görə, Cənubi Koreyada koronavirusdan ölənlərin ümumi sayı 12-dir.

Xatırladaq ki, Çində koronavirus qurbanlarının sayı 2 715 nəfərə çatıb. 

Dünyada koronavirus daşıyıcılarının sayı isə 81 133 nəfərdir.

Epidemiyadan ölənlərin sayı isə 2 765-ə çatıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10