Cənubi Koreya fevralda ABŞ ilə ticarət sazişini təsdiqləməyi planlaşdırır

Cənubi Koreyanın hakim "Toburo" partiyası parlament tərəfindən xüsusi "Ticarət sazişi haqqında" qanunun qəbul edilməsi yolu ilə fevralın sonuna qədər ABŞ ilə ticarət sazişini təsdiqləmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən rüsumları 15 %-dən 25 %-ə qaldırdığını elan edib. Bu, ölkə parlamentinin 2025-ci ilin iyul ayının sonunda Prezident Li Çje Myonla razılaşdırılmış ticarət sazişini təsdiqləməməsi ilə əlaqədardır.

"Yonhap"ın məlumatına görə, Cənubi Koreya tariflərin artırılması ilə bağlı ABŞ-dən rəsmi bildiriş və ya izahat almayıb. Cənubi Koreyanın Kanadada səfərdə olan sənaye naziri Kim Çjon Kvanın ABŞ-yə gedərək ticarət naziri Hovard Latniklə görüşü planlaşdırılır.

Digər xəbərlər