Almaniyada Avropa Parlamentinin keçmiş üzvü Cem Özdemir koronavirusa yoluxub.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
C.Özdemir Almaniyanın tanınmış siyasətçilərindəndir. O, Türkiyəyə qarşı çıxışları, terrorçu PKK-nın havadarı olaraq tanınır.
Qeyd edək ki, C.Özdemir 1965-ci il dekabrın 21-də Qərbi Almaniyanın Baden-Uttenmberq bölgəsində doğulub.