CAR-da təbii fəlakət nəticəsində ölənlərin sayı 253-ə yüksəlib

Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində daşıqınlar nəticəsində ölənlərin sayı 253 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu əyalətin səhiyyə xidmətinin başçısı Nomaququ Simelane bildirib.

Son sutkada əyalətin Durban şəhərinə orta hesabla 300 mm yağıntı düşüb.

CAR-ın Meteorologiya xidməti yeni leysanlarla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, aprelin 12-də təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü barədə xəbər yayılmışdı.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10