Cammu və Kəşmirdə avtobus aşıb: 11 nəfər ölüb, 19-u yaralanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Cammu və Kəşmirdə sərnişin avtobusunun yarğana yuvarlanması nəticəsində 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “Greater Kashmir” yayıb.

Bildirilib ki, yaralılardan 5-nin vəziyyəti son dərəcə ağırdır.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər

Rusiyada nazir saxlanılıb 18 fevral, 2026 / 10:21