Çadın qərbində “Boko Haram” terror qruplaşmasının hücumu nəticəsində 90-dan çox hərbçi qətlə yetirilib.
“Report” xəbər verir ki, bu barədə “France-Presse” ölkə prezidentinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hadisə Çad gölünün ətrafında - Niger, Nigeriya və Kamerunla sərhəddə qeydə alınıb:
“92 hərbi qulluqçumuzu, çavuş və zabitimizi itirdik. İlk dəfə belə böyük itkilər verdik”,deyə prezident İdriss Debi İtno bildirib.