Burkina-Fasoda silahlılar ordu bazasına hücum edib, ölənlər var

Burkina-Fasonun şimalında silahlıların ordu bazasına hücumu nəticəsində azı 10 əsgər həlak olub, 50-yə yaxın hərbçi isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hücum Jibo şəhəri yaxınlığındakı bazaya təşkil edilib. Silahlılar bir neçə telekommunikasiya infrastrukturunu da məhv ediblər.

Digər xəbərlər