Bukmekerlər Trampın qələbə şansını 61 % səviyyəsində qiymətləndirirlər

ABŞ prezidentliyinə namizəd Donald Trampın prezident seçkilərində qalib gəlmə ehtimalı 61 faizdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Polymarket" bukmeker agentliyinin məlumatında deyilir.

Agentliyin hesablamalarına görə, Trampın rəqibi Kamala Harrisin şansı isə 39 % təşkil edir. Ağ Evin keçmiş rəhbərinin qələbəsinə təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezidentinin qələbəsinə isə 808 milyon dollar pul qoyulub.

Qeyd edək ki, bu gün ABŞ-də prezident seçkiləri keçirilir.

Digər xəbərlər

Tacikistanda zəlzələ olub 09 yanvar, 2026 / 02:24
Tramp: Kuba çətin vəziyyətdədir 08 yanvar, 2026 / 23:54