ABŞ prezidenti Yaponiyada rəsmi səfərdədir

ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, səfər mayın 28-dək davam edəcək.

Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzunmüddətli səfəridir. D.Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.

ABŞ prezidentinin səfərinin təhlükəsizliyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43