Fevralın 24-də Brüsseldə Rusiyanın “LPR” və “DXR”in müstəqilliyini tanıması ilə əlaqədar Avropa İttifaqının dövlət və hökumət başçılarının fövqəladə sammiti keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 27 icma ölkəsinin liderinə ünvanladığı məktubda deyilir.
"Vahid və qətiyyətli qalmağımız, eləcə də öz mövqelərimizi birgə müəyyən etməyimiz vacibdir”, - məktubda qeyd olunub.