Britaniyanın maliyyə naziri istefaya göndərilib

Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq istefaya göndərilib.

“Report” Britaniya mətbuatına istinadən xəbər verir ki, onun iqtisadi siyasəti ölkədə, o cümlədən hakim Mühafizəkarlar Partiyasında narazılıqlara səbəb olmuşdu.

Qeyd edək ki, Liz Tras sentyabrın 5-də Böyük Britaniyanın Baş naziri seçilib və yeni hökumət formalaşdırıb.

K.Kvartenq də həmin vaxt maliyyə naziri təyin olunub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10