“Türkiyəyə bacardığımız qədər kömək etməyə hazırıq”.
“Report”un xəbərinə görə, bunu Böyük Britaniya Baş naziri Rişi Sunak tviterdə yazıb.
O, zəlzələ ilə əlaqələr Türkiyə və Suriya xalqına başsağlığı verib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.