Britaniyanın Avropa İttifaqından çıxacağı dəqiq tarix açıqlanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından 2019-cu il mart ayının 29-da London vaxtı ilə saat 23.00-da çıxacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkə hökuməti “brexit”in dəqiq vaxtı ilə bağlı qanun layihəsi hazırlayacaq.

Qeyd edək ki, Britaniyanın Avropa İttifaqından çıxmasının tarixi haqqında əvvəllər də məlumat yayılmışdı. Həmin məlumatda Londonun iki ildən sonra “brexit”i reallaşdırmağı planlaşdırdığı bildirilmişdi.

Artıq hökumət məsələ ilə bağlı tarixi dəqiqləşdirib. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12