Böyük Britaniyada gün ərzində koronavirusa yoluxma 714 hal artaraq, 3 983 nəfər təşkil edib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
“Saat 9:00 (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə, Böyük Britaniyada 66 976 min nəfər yoxlanılıb. Onlardan 62 993 nəfərdə yoluxma aşkarlanmayıb, 3 983 nəfərdə diaqnoz təsdiqlənib”, - nazirliyin məlumatında deyilir.
Bu, yanvarın 31-dən, yəni ilk yoluxma hadisəsi günündən, ən böyük artımdır. Ölənlərin ümumi sayı 177 nəfər təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu - COVID-19-u pandemiya elan edib. Dünyada artıq 210 mindən çox insan virusa yoluxub, 9 mindən çox insan ölüb.