Bakı. 29 sentyabr. REPORT.AZ/ Böyük Britaniyada naməlum şəxs qıcıqlandırıcı təsiri olan maddə səpib.
"Report" "Daily Mirror"a istinadən xəbər verir ki, hadisə sentyabrın 29-nə keçən gecə Bornmut şəhərindəki "Cameo" gecə klubunda qeydə alınıb.
Dorset qraflığının polisindən verilən məlumata görə, nəticədə, təxminən, 40 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan biri hospitala yerləşdirilib.
Naməlum maddənin CS qazı olduğu istisna edilmir.
Gecə klubu təxliyyədən sonra yoxlanılıb, kimyəvi və zərərli toksik maddələrin izləri tapılmayıb.