“HƏMAS-ın günahsız israilliləri öldürməsinə səssiz qalmayacağıq”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “X”də yazıb.
O bildirib ki, terrorizm qalib gəlməyəcək.
Nazir, həmçinin qeyd edib ki, o, İsrailə dəstəyini ifadə etmək üçün İsrailin Londondakı səfirliyinə baş çəkib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.