Britaniya rusiyalı milyarderə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya milyarder Alişir Usmanova və Rusiya baş nazirinin keçmiş birinci müavini, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalova qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Usmanovun İngiltərənin “Everton” futbol klubu ilə kommersiya əlaqələrinin dondurulduğunu qeyd edilir.

A.Usmanovun USM, "Megafon" və "Yota" şirkətləri martın 2-dək İngiltərənin "Everton" klubunun sponsorları idi. Klubun səhmlərinin böyük hissəsi (68,6 faiz) onun biznes tərəfdaşı Fərhad Moşiriyə məxsusdur.

Qeyd edək ki, Usmanovun adı fevralın sonunda Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısında olub.

Digər xəbərlər