“Rusiya Mariupola aviazərbələr endirməkdə davam edir”.
“Report” xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yer alıb.
“Bu zaman daha çox idarə olunmayan, necə düşəcəyi bəlli olmayan bombalardan istifadə olunur. Bu silahlar mülki əhali arasında itki riskini artırır. Rusiya Ukraynanın hərbi obyektlərini və ölkə daxilində logistika infrastrukturunu hədəf almağa davam edir”, - paylaşımda bildirilib.