BRİKS Prezidenti: “Misir, Türkiyə və Səudiyyə Ərəbistanı quruma qoşulmağı planlaşdırır”

“Qahirə, Ankara və Ər-Riyad BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) üzvlük üçün müraciət etməyi planlaşdırır”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BRİKS Beynəlxalq Forumunun Prezidenti Purnima Anand bildirib.

Onun sözlərinə görə, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmaqda maraqlı olduqlarını nümayiş etdirib: “Bu ölkələrin quruma daxil olması çox vaxt aparmamalıdır”.

Digər xəbərlər