Bakı. 5 may. REPORT.AZ/ Braziliyada ağır yol qəzası olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Globovision" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Parana ştatında baş verib. Sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, hadisəyə minik avtomobilinin səhv ötmə əməliyyatı səbəb olub.