Braziliyada koronavirus təhlükəsi getdikcə artır

Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 22 048 nəfər artıb.

“Report” xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı 3 057 470-dir.

Ötən gün xəstəlikdən 721 nəfər ölüb və həyatını itirənlərin sayı 101 857-yə çatıb.

Ölkədə 2 163 812 nəfər virusdan sağalıb. Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayına görə dünyada ikinci yerdədir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10