Braziliyada iki binanın uçması nəticəsində 7 nəfər ölüb

Braziliyanın Rio-de-Janeyro şəhərinin yoxsullar yaşayan rayonunda qanunsuz tikilmiş iki binanın uçması nəticəsində azı 7 nəfər ölüb və 17 nəfər itkin düşüb. Daha əvvəl iki nəfərin öldüyü məlum idi.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Comercio" nəşri yazıb.

Bildirilir ki, təqribən 100 xilasedici şənbə günü faciə yerində axtarış işləri aparır. Binaların dəqiq uçma səbəbi hələ məlum deyil, lakin hadisənin baş verdiyi ərazinin güclü yağışlardan daha çox əziyyət çəkən rayonlar sırasına aid olduğu bilinir.

Rioda yağışlar bu həftə başlayıb və azı 10 nəfərin həyatına son qoyub. Binaların dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb, daha iki nəfər xəstəxanada ölüb. Həmçinin 10 nəfər xilas edilib.

Digər xəbərlər