Braziliyada Aşağı palata prezidentin impiçmentinə səs verib

Bakı. 18 Aprel. REPORT.AZ/ Braziliya Konqresinin Aşağı palatasının 342 deputatı ölkə prezidenti Dilma Russefin impiçmentinə səs verib ki, bu da parlamentarilərin ümumi sayının 2/3 hissəsini təşkil edir.

“Report” xəbər verir ki, beləliklə, Aşağı palatanın deputatları Dilma Russefin Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırılması təşəbbüsünü qəbul ediblər.

Lakin yekun qərar Yuxarı palatanın senatorları tərəfindən qəbul ediləcək.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10