Braziliya polisi Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırmaqda şübhəli bilinən 12-ci şəxsi saxlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Braziliya polisi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırılmaqda şübhəli bilinən 12-ci şəxsi saxladığını bəyan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs antiterror əməliyyatı zamanı saxlanılıb.

Əməliyyat iyulun 22-dən etibarən ölkənin 9 ştatında həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl Braziliya prezidenti vəzifələrini müvəqqəti icra edən Mişel Temer terror hücumlarının planlaşdırılması informasiyası ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasını keçirmişdi.

Digər xəbərlər