Böyük Britaniyada bıçaqlı hücum nəticəsində iki qadın ölüb

Böyük Britaniyanın Qərbi Sasskes qraflığının Kroli Daun şəhərciyində bıçaqla edilən hücum zamanı iki qadın ölüb, bir kişi ciddi xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “Sky News” yayıb. Belə ki, hadisə yerli vaxtla 10:18 (14:18 - Bakı vaxtı) də baş verib. 

Qeyd olunub ki, qətlləri törədən şəxs saxlanılıb. Hazırda ərazidə kriminalistlər dəlilləri toplayır. Küçə nəqliyyat vasitələri və piyadalar üçün bağlanılıb.

Polisin məlumatına görə, hadisə ictimaiyyət üçün təhlükə yaratmır.

“Daily Mail” qəzetinin yazdığına görə, cinayəti qadınların boğazlarını kəsən “əsəbi” gənc edib. Öz növbəsində “Express” qəzeti, qatilin qurbanlarını tanıdıqlarını bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10