​Bosniyada yüzdən artıq ev su altında qalıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Leysan yağışlar Bosniya və Hersoqovinada daşqınlara səbəb olub.

"Report" xəbər verir ki, Sarayevoda 100-dən çox yaşayış evi su altında qalıb.

Məcrasından çıxan çaylar yolları su altında qoyub. Meteoroloqların proqnozlarına görə, yağışlar yaxın günlərdə davam edəcək. Hazırda insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Digər xəbərlər