Bosfor boğazından çıxarkən iki gəmi toqquşub - FOTO

Bakı. 9 oktyabr. REPORT.AZ/ Liberiya bayrağı altında üzən "TK Rotterdam" gəmisi İstanbulun Yenikapı bölgəsində Bosfor boğazından çıxarkən Panama bayrağı altında üzən "Bosphorus King" quru yük gəmisi ilə toqquşub.

Bu barədə "Report" Türkiyə KİV-inə istinadən xəbər verir.

Zərərçəkənlər barədə məlumatlar daxil olmayıb. Hadisənin təfərrüatları aydınlaşdırılır.

Hadisə yerinə xilasetmə qrupları və sahil mühafizə qayıqları göndərilib.

Digər xəbərlər