Avropa İttifaqı beynəlxalq ictimaiyyəti KXDR-in artan raket sınaqlarına koordinasiyalı şəkildə cavab verməyə çağırıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin bəyanatında deyilir.
“KXDR-in hərəkətləri beynəlxalq ictimaiyyətdən qəti və vahid reaksiya tələb edir. Aİ BMT, ilk növbədə Təhlükəsizlik Şurasının bütün üzvlərini sanksiyaları tam şəkildə yerinə yetirməyə çağırır”, - Borel qeyd edib.