Bolqarıstanda çoxmilli hərbi təlimlər keçirilir

Bolqarıstanda mayın 2-də “Trojan Footprint” adlı çoxmilli hərbi təlim başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, mayın 13-dək davam edəcək təlimdə NATO-ya üzv dövlətlərin hərbi birləşmələri və tərəfdaş ölkələr iştirak edir.

Məlumata görə, tədbirə Bolqarıstan ordusu ilə yanaşı, ayrı-ayrı epizodlarda ölkə Daxili İşlər Nazirliyinin qüvvə və vasitələri də qatılacaq.

Təlimdə iştirak edəcək qüvvələrin və vasitələrin sayı barədə bildirilməyib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43