Bolqarıstanda parlament çoxluğu Ukraynaya əlavə hərbi yardımın, yəni 100-ə yaxın sovet tipli zirehli transportyorun verilməsini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın BGNES nəşri məlumat yayıb.
Bildirilib ki, iyulun 21-də Ukraynaya əlavə hərbi yardım barədə qərarı “Bolqarıstanın Avropa İnkişafının Tərəfdarı Vətəndaşları” və “Dəyişiklikləri davam etdiririk - Demokratik Bolqarıstan” bloklarından, həmçinin Sosialistlərin Demokratik Partiyasından və “Belə bir xalq var” partiyasından olan 142 deputat dəstəkləyib.
Qətnamədə Bolqarıstanın Ukraynaya təhvil verəcəyi zirehli texnika, əlində olan silahlar, eləcə də ona texniki qulluq üçün ehtiyat hissələri verməsi nəzərdə tutulur.