Bolqarıstan “G7”nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulacaq

Bolqarıstan “G7” ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin dəstəklənməsi haqqında bəyannaməsinə qoşulub.

“Report” xəbər verir ki, bu barədə BTA məlumat yayıb.

“Bolqarıstan Ukraynaya siyasi və praktiki dəstək verir. Beləliklə, Rusiyanın təcavüzünə bilavasitə qarşı çıxmaqla Bolqarıstan bütün Avropaya üzv dövlətlərin azadlığının, təhlükəsizliyinin və suverenliyinin qorunmasına töhfə verir. Bu ardıcıl siyasətə əsasən, Bolqarıstan “G7”nin Birgə Bəyannaməsinə qoşulacaq”, - Bolqarıstan Nazirlər Şurasının bəyanatında deyilib.

Digər xəbərlər