Boliviyada daşqın nəticəsində 13 nəfər ölüb

Boliviyada leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində 13 nəfər ölüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, daşqın 400 evin zədələnməsinə səbəb olub. Onlardan 80-ni yararsız hala gəlib. Hadisə nəticəsində 13 nəfərin öldüyü təsdiqlənib.

Leysan yağışları ölkənin 9 departamentindən 7-nə zərər vurub.

Ümumilikdə azı 1000 ailənin leysandan zərər çəkdiyi bildirilir. Bir neçə yaşayış məntəqəsində təxliyə işləri aparılır.

Digər xəbərlər