BMT: “Ukraynada sülhməramlı missiya ideyası tezdir”

“Ukraynada sülhməramlı missiya ideyası tezdir, onun nəzərdən keçirilməsi üçün ölkədə atəşkəsə nail olmaq lazımdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua mətbuat konfransında bildirib.

“Düşünürəm ki, zorakılığın dayandırılmasına nail olmadan hansısa mexanizm haqqında düşünmək hələ tezdir”, - o deyib.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10