BMT: Tanzaniyadakı seçkilərdən sonra etirazlar zamanı azı 10 nəfər ölüb

Tanzaniyada ümumi seçkilərdən sonra baş verən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində azı 10 nəfər öldürülüb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə nümayəndəsi Seif Maqanqo Cenevrədə jurnalistlərə "etibarlı mənbələrə" istinad edərək bildirib.

"Tanzaniyada seçkilərlə əlaqədar davam edən etirazlar zamanı insanların ölməsi və yaralanması bizi narahat edir. Bizə daxil olan məlumatlara görə, azı 10 nəfər həlak olub", - o qeyd edib.

Xatırladaq ki, oktyabrın 29-da Tanzaniyada prezident seçkiləri fonunda iğtişaşlar başlayıb.

Digər xəbərlər

Maduro Nyu-Yorka gətirilib 04 yanvar, 2026 / 06:34