BMT: “Son 50 ildə iqlim hadisələri səbəbindən 2 milyondan çox insan həyatını itirib”

Son 50 ildə iqlim hadisələri səbəbindən 2 milyondan çox insan həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Meteorologiya Təşkilatının hesabatında məlumat dərc edilib.

Bildirilib ki, yarım əsrdə dünyada təhlükəli iqlim, meteoroloji və hidroloji hadisələr nəticəsində 2 milyondan çox insan dünyasını dəyişib.

Ümumi maddi zərər isə 3,64 trilyon ABŞ dolları təşkil edib.

Hadisələrin 91 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib.

Digər xəbərlər

ABŞ Kanadanı şantaj edir 26 yanvar, 2026 / 22:23