BMT-nin İraq üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ BMT-nin İraq üzrə xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat yayıb.

Məlumata görə, BMT-nin baş katibi Antoniu Quttereş Niderlandın keçmiş müdafiə naziri Janin Xennis-Plasşerti BMT-nin İraqa xüsusi nümayəndəsi və bu ölkəyə yardım missiyasının rəhbəri təyin edib.

BMT baş katibinin mətbuat ofisindən bildirilib ki, Xennis-Plasşertin çoxillik diplomatik və siyasi təcrübəsi var. O, nazir vəzifəsini icra edərkən Niderlandın Mali, Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarına nəzarət edib.

Xennis-Plasşert bu vəzifədə Slovakiyadan olan Yana Kubişi əvəz edib. BMT-nin baş katibi Y.Kubişə xidmətinə görə təşəkkür edib. 

Digər xəbərlər