Antonio Quterreş: “Ukraynadakı münaqişə ərzaq böhranı təhlükəsi yaradır”

Ukraynadakı vəziyyət nəticəsində ərzaq, gübrə və enerji qiymətlərinin artması qlobal ərzaq böhranı təhlükəsi yaradır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, ərzaq, enerji və gübrə qiymətlərinin artmasının təsirləri artıq bütün dünyada hiss olunur: “Bu, qlobal qıtlığa çevrilmək təhlükəsi yaradır”.

A. Quterreş əlavə edib ki, döyüşləri dayandırmaq və sülhə şans vermək lazımdır.

Digər xəbərlər