BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır

Bakı. 3 oktyabr. REPORT.AZ/ BMT Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasına dair ilkin qərarını verib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, qərara görə ABŞ-ın İrana qarşı məlum sanksiyaları humanitar yardımlara və mülki aviasiya ilə bağlı mallara şamil olunmamalıdır.

Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramına dair müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını və həmin ölkəyə qarşı birtərəfli sanksiyaları tam həcmdə bərpa etdiklərini açıqlamışdı.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43