BMT ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsini araşdırmağa çağırıb

Bakı. 25 avqust. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı (BMT) başda Səudiyyə Ərəbistanı olmaqla ərəb koalisiyasını Yəmənə endirilən hava zərbələrini dayandırmağı çağırır. 

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun sözlərinə görə, 26 nəfərin ölümünə səbəb olan hava zərbəsinin detalları müstəqil və qərəzsiz araşdırılmalıdır.

Xatırladaq ki, avqustun 23-də koalisiya təyyarələri Yəmənin Hodeyda əyalətinin Əd-Durayhimi rayonuna 22 uşaq və dörd qadının ölümü ilə nəticələnən hava zərbəsi endirib.

Həmin gün daha bir hava zərbəsi həmin rayonda dörd uşağın ölümünə səbəb olub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12