BMT Baş katibi Ukrayna ətrafında pisləşən vəziyyətə görə səfərini ləğv edib

BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna ətrafında vəziyyətin pisləşməsi ilə əlaqədar Konqo Demokratik Respublikasına səfərini ləğv edib və çərşənbə axşamı Nyu-Yorka qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

"Ukrayna ətrafında vəziyyətin pisləşməsi fonunda BMT-nin baş katibi Konqo Demokratik Respublikasına səfərini ləğv edir. Baş katib çərşənbə axşamı Nyu-Yorka qayıdacaq", - Düjarrik bildirib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09