BMT baş katibi Rusiyanın qondarma DXR və LXR-i tanımaq qərarını pisləyib

Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanımaq qərarı Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır və BMT Nizamnaməsinin prinsiplərinə ziddir.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

"Baş katib Rusiya Federasiyasının qərarını Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə zidd hesab edir", - o bildirib.

Xəbər lenti

Məşhur aktyor vəfat edib 3 iyul, 2025 / 22:11
Gəncə sakini hovuzda boğulub 3 iyul, 2025 / 21:12
Astarada yeniyetmə boğulub 3 iyul, 2025 / 21:06