BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi üzv ölkələri Ukraynada sülhə nail olmaq üçün bütün mümkün kanallardan istifadə etməyə çağırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Kyoryoşi bu barədə əsas məsləhət orqanının iclasında çıxış edib.
"Təəssüf ki, Ukraynadakı müharibə tezliklə ikinci ilinə qədəm qoyacaq. Bu, çoxtərəfli sistemin tam mərkəzində iğtişaşlara gətirib çıxarır", - BMT rəsmisi deyib.