BMT Baş Assambleyası ilin son iclasında Təşkilatın 2023-cü il üçün büdcəsini 3,4 milyard dollar məbləğində qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası sədrinin mətbuat katibi Polina Kubiyak cümə günü jurnalistlərə bildirib.
Qeyd olunub ki, büdcə BMT-nin Beşinci Komitəsi tərəfindən cümə günü təsdiq edildikdən sonra Baş Assambleyada səsvermə olmadan qəbul edilib.
Xatırladaq ki, 2022-ci ildə büdcə 3,1 milyard dollar idi.